İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin təbliğatçısı həyat yoldaşı ilə birlikdə Monteneqroda saxlanıldı

Rusiyanın "Rıbar" Telegram kanalının təsisçisi Mixail Zvinçuk, həyat yoldaşı Valeriya və daha üç nəfərlə birlikdə Monteneqroda saxlanılıb.

Rusiya Xarici İşlər Nazirliyi artıq hadisəyə reaksiya verib. Mətbuat katibi Mariya Zaxarovanın "İzvestiya"ya verdiyi məlumata görə, Moskva saxlanılmanın səbəblərini araşdırır.

Rusiyalılar səhər tezdən oteldə saxlanılıb.

Onun həbsi "Rusiya təbliğatını yaymaq" və "informasiya əməliyyatları aparmaq" şübhələri ilə əlaqələndirilir. Məhz bu şübhələr onu Britaniya, Avropa və Amerikalılar tərəfindən ittiham hədəfinə çevirib.

"Rıbar", 1,5 milyondan çox auditoriyası olan Rusiyanın ən böyük ictimai səhifələrindən biridir. Kanal əsasən hərbi mövzularda ixtisaslaşıb./Publika.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR