İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanlı deputat: “Bu, bütün dünya üçün çox yaxşı nümunədir” 

Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin II Forumunda Qazaxıstan Parlamenti Senatının deputatı Yernur Aytkenov iştirak və çıxış edib.

Musavat.com xəbər verir ki, Qazaxıstan təmsilçisi çıxışında Azərbaycanın tolerant və multikultural mühitə malik olduğundan danışıb:

“Azərbaycan müxtəlif etnik və dini qrupların sülh, qarşılıqlı hörmət və dialoq şəraitində yaşadığı ölkədir. Azərbaycanda dövlət-din münasibətləri konstitusion prinsiplərə əsaslanır və vicdan azadlığı təmin olunur. Bu, bütün dünya üçün çox yaxşı nümunədir”.

Aytkenov Azərbaycanın beynəlxalq səviyyədə dini dialoq və sülh təşəbbüslərində fəal iştirak etdiyini də deyib:

“Qazaxıstanda keçirilən Dünya və Ənənəvi Dini Liderlərin Qurultayında Azərbaycan nümayəndələri yüksək səviyyədə iştirak etdi və təşəbbüslərlə çıxış etdilər. Buna görə bir daha təşəkkür edirik. Azərbaycan dövləti dini birliklərin daxili işlərinə müdaxilə etmədən onların fəaliyyətini dəstəkləyir və beləliklə ölkədə sivil, dünyəvi və tolerant mühit formalaşdırır.

İnanıram ki, yaxınlaşmaqda olan yeni ildə əməkdaşlıq üçün yeni üfüqlər açılacaq”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR