İnsanlara hürriyət, millətlərə istiqlal!

Qətər əmiri Trampla İranı müzakirə edib

Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.

Musavat.com-un məlumatına görə, bu barədə “Al Jazeera" xəbər yayıb. Tərəflər Yaxın Şərqdəki son hadisələri, o cümlədən ABŞ və İran arasında gərginliyin azaldılması istiqamətindəki səyləri müzakirə ediblər.

Qətər əmirinin ofisinin məlumatına əsasən, liderlər həmçinin Vaşinqton və Tehran arasındakı fikir ayrılıqlarının aradan qaldırılmasına yönəlmiş tədbirləri nəzərdən keçiriblər.

Açıqlamada qeyd olunub ki, Tramp Qətərin diplomatik səylərə dəstək və dialoqun təşviqi sahəsindəki rolunu yüksək qiymətləndirib. Öz növbəsində, Şeyx Təmim danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb və bütün tərəfləri iyunun ortalarında ABŞ ilə İran arasında razılaşdırılmış anlaşma memorandumunun müddəalarına riayət etməyə çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Avqust 2026

04 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR