Onlayn ictimai-siyasi qəzet
Danimarka ilə Ukrayna arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında imzalanmış saziş Kiyevin öz hərbi qüvvələrini Qrenlandiyaya göndərməsini tələb etməyə imkan vermir.
Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın Strana.ua nəşri yazıb.
Məlumata görə, sənəd tərəflər arasında müdafiə əməkdaşlığını və siyasi dəstəyi nəzərdə tutur, lakin Ukrayna Silahlı Qüvvələrinin üçüncü ərazilərdə, o cümlədən Qrenlandiyada yerləşdirilməsi ilə bağlı hər hansı öhdəlik nəzərdə tutulmayıb.
Nəşr vurğulayır ki, sazişin hüquqi çərçivəsi Ukraynanın yalnız öz milli maraqları və təhlükəsizlik ehtiyacları daxilində hərəkət etməsini əsas götürür. Bu baxımdan, Danimarkanın Ukraynadan Qrenlandiyada hərbi iştirak tələb etməsi hüquqi cəhətdən mümkün deyil.
Qeyd olunur ki, məsələ Qrenlandiyanın strateji əhəmiyyəti və son dövrlər bu bölgə ətrafında artan beynəlxalq müzakirələr fonunda gündəmə gəlib. Bununla belə, Ukrayna–Danimarka təhlükəsizlik sazişi belə bir hərbi öhdəliyi ehtiva etmir.
Musavat.com
27 Iyun 2026
26 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ