Onlayn ictimai-siyasi qəzet
Qusar rayonunda çaqqal sakinlərə hücum edib.
Rayonun İmamqulu kəndində günün müxtəlif saatlarında 2-si qadın, 1-i kişi olmaqla 3 nəfərə çaqqal hücum edib.
Yerli sakinlərin verdiyi məlumata görə, yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə aparılıb. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib, zəruri tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin vurulub.
Yaralılar müalicə üçün evə buraxılıblar./Report
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ