İnsanlara hürriyət, millətlərə istiqlal!

Rais Rəsulzadə təltif olundu: “Sevindim”

Əməkdar rəssam, Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Musavat.com-un məlumatına görə, Rais Rəsulzadəyə yubiley medalı QHT-lərə Dövlət Dəstəyi Agentliyində təqdim olunub. Əməkdaşımızla söhbətində Rais bəy təltif olunmasından məmnun olduğunu söylədi. Təəssüratlarını soruşduqda “Çox gözəl, çox xoş sürpriz oldu. Sevindim. Belə bir məsələyə kim sevinməz ki?”-söylədi. R.Rəsulzadə bu kimi təltiflərin xoş ənənə olduğunu və normal qarşıladığını vurğuladı.

Həmsöhbətimiz özünü mətbuatdan ayrı hesab etmədiyini söylədi. Bildirdi ki, Əməkdar rəssam olmaqla yanaşı, bir neçə filmlərdə çəkilib, mediaya çoxlu sayda müsahibələr verib, özünü mətbuatdan kənarda hesab etmir.

R.Rəsulzadə Cümhuriyyət qurucusu, milli mətbuatımızın önəmli simalarından və ustad imza sahiblərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi olaraq da məmnunluğunu bölüşdü. Qeyd etdi ki, Məhəmməd Əmin Rəsulzadə jurnalistikanın əsasları barədə yazılar yazan, mətbuat, söz azadlığı necə olmalıdır, mövzusunda fikirlərini ictimailəşdirən tarixi şəxsiyyətlərimizdən olub.

Dəyərli ziyalımızı təbrik edir, sağlam ömür, yaradıcılıq uğurları arzulayırıq!

Elşad Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR