İnsanlara hürriyət, millətlərə istiqlal!

Rasim Balayev fransızlar üçün bu mahnını oxumuşdu - VİDEO

Mərhum Xalq artisti Rasim Balayevin 1993-cü ildə Fransada keçirilən Nant kino festivalından görüntüləri yayılıb.

Musavat.com xəbər verir ki, aktyor festivaldan sonra təşkil olunan ziyafətdə qonaqların qarşısında Azərbaycan mahnısı oxuyub. Hər kəs, xüsusən də xarici millətin nümayəndələri mırhum sənətçini xüsusi diqqətlə dinləyiblər.

1993-cü ildə Nant festivalı yalnız kino tədbiri kimi deyil, həm də mədəni diplomatiya aləti kimi çıxış edirdi. Burada nümayiş olunan filmlər vasitəsilə müxtəlif xalqların sosial reallıqları, mədəni kimlikləri və siyasi mübarizələri Avropa ictimaiyyətinə çatdırılırdı.

Qeyd edək ki, Xalq artisti Rasim Balayev ötən gün Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib. Onun nəşi gecə Azərbaycana gətirilib və bu gün Birinci Fəxri Xiyabanda dəfn olunacaq.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR