Onlayn ictimai-siyasi qəzet
“Arsenal”ın “Real Madrid”in 20 yaşlı ulduzu Arda Güləri yaxından izlədiyi iddia olunur.
Musavat.com xəbər verir ki, bu iddia ESPN-də yer alıb.
Məlumata əsasən, İngiltərə klubu qış transfer pəncərəsində şərtlər olduqca əlverişli olmadığı müddətdə hərəkətə keçməyəcək, lakin yayda rəsmi təklif variantını gündəmə gətirə bilər.
Xabi Alonsonun gedişindən sonra baş məşqçi postuna gətirilən Alvaro Arbeloa ilk oyununda Arda Gülərə start heyətində şans verib.
Qeyd edək ki, Arda bu mövsüm “Real Madrid” forması ilə keçirdiyi 29 oyunda 3 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ