İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəisini türklər tapdı, İran niyə öz adına çıxardır? - Bakı sakinləri danışır

Türk və dünya mediasında İran prezidentinin qəzaya uğramış helikopterinin yerini Türkiyənin "Akıncı" PUA-sının tapması haqqında xeyli materiallar olsa da, SEPAH bunu təkzib edir.

"Səhər duman aradan qalxdıqdan sonra helikopterin qəzaya uğradığı yer Türkiyəyə məxsus PUA deyil, İran helikopteri tərəfindən müəyyən edilib. PUA-nın elan etdiyi yer qəza yerindən 6,5 km aralıda olub", deyə SEPAH-a bağlı Teleqram kanalı yazıb.

Qeyd edək ki, hazırda İranın bütün media quruluşları da bu istiqamətdə əks-təbliğat aparırlar. İran rəsmiləri də israrla qeyd edirlər ki, Türkiyəyə məxsus "Akıncı" PUA-sı qəza yerini tapa bilməyib. Lakin bu iddialarını əsaslandıranda fərqli arqumentlər gətirirlər.

Bəs İran niyə bu cür taktika yürüdür?

TV Musavat bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.

Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR