İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəisinin dəfn mərasimində DİQQƏTÇƏKƏN DETAL: "Qara əmmamə onu göstərir ki..." - FOTO

Məlum olduğu kimi, mayın 19-da İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter Vərzəqan rayonunda sərt eniş edərək qəzaya uğrayıb. Hadisə nəticəsində 9 nəfər həlak olub.

Faciəvi qəza nəticəsində həlak olan İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və onlarla birlikdə həyatını itirən 6 nəfərin dəfn mərasimi İranın Ali dini Rəhbəri Ayətullah Xameneinin Tehran Universitetində qıldığı namazla başlayıb. Daha sonra İran bayrağına bükülmüş tabutlar çiyinlərdə maşına daşınaraq Tehranın mərkəzindəki Azadi meydanına aparılıb və burada çox böyük izdihamla qarşılanıb. XİN başçısı Abdullahianın dəfn mərasimi artıq keçirilib. Mərasim Tehranda yerləşən Şah Əbdül-Əzim abidə kompleksində baş tutub. İran Prezidenti İbrahim Rəisinin cənazəsi isə dəfn edilmək üçün paytaxtdan Məşhəd şəhərinə aparılır.

Musavat.com xəbər verir ki, Tehrandakı hadisələri yaxından izləyən "Associated Press" (AP) xəbər agentliyi Tehran Universitetində keçirilən mərasimin diqqətçəkən detallarını oxucuları ilə bölüşüb.

AP-nin lentə aldığı görüntülərdə helikopter qəzasında həyatını itirən Rəisi və İran rəsmilərinin tabutlarının İran bayraqlarına bükülmüş halda olduğu görülüb. Mərhum prezidentin tabutunun üzərində fotoşəkil və qara əmmamə olub.

AP yazır ki, bu əmmamə Rəisinin Məhəmməd Peyğəmbərin nəslindən olduğunu göstərir.

Cənazə namazından sonra “Amerikaya ölüm!” şüari səslənib. AP tabutların şüarlarla müşayiət olunaraq çiyinlərdə daşındığını yazıb.

664dcbd2743dd1cc7bf807d4.jpg (81 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR