İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəisinin dəfn mərasimindən SON GÖRÜNTÜLƏR

Xəbər verdiyimiz kimi, helikopter qəzasında həyatını itirən İran prezidenti İbrahim Rəisi bu gün son mənzilə yola salınır.  İran mediasının məlumatına görə, onun cənazəsi doğulduğu Məşhəddəki 8-ci imamın məqbərəsində dəfn ediləcək.

Hazırda Rəisinin cənazəsini daşıyan avtomobil Məşhəddəki İmam Rzanın hərəminə yaxınlaşıb. On minlərlə insan seli cənazəni müşayiət edir. 

Musavat.com xəbər verir ki, bu barədə görüntüləri İRNA agentliyi yayıb.

İzdihamlı dəfn mərazimi ilə bağlı görüntüləri təqdim edirik:

Xatırladaq ki, mayın 19-da İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter Vərzəqan rayonunda sərt eniş edərək qəzaya uğrayıb. Hadisə nəticəsində 9 nəfər həlak olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR