İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Dövlət Dumasında qalmaqal dərinləşir

Rusiya Dövlət Dumasının deputatı, hakim “Vahid Rusiya” Partiyasının üzvü və Dumanın Reqlament və fəaliyyətin təmin edilməsi üzrə komissiyasının sədri Viktor Pinski barədə yeni ciddi iddialar ortaya çıxıb.

Musavat.com xəbər verir ki, Tailandda Rusiyanın sorğusu əsasında saxlanılan Primoryedəki “Alekseyevskiye” mütəşəkkil cinayətkar qruplaşmasının ehtimal olunan lideri Viktor Alekseyenkovla bağlı cinayət işi üzrə şahid ifadələrini yayımlanıb.

İfadəni verən şəxs Vladivostok Dumasının “Vahid Rusiya”dan olan deputatı Aleksandr Aksyonovdur. Onun sözlərinə görə, Pinski Alekseyenkovun yaxın qohumu olmaqla yanaşı, siyasi karyerasında da onun dəstəyindən yararlanıb.

Aksyonov istintaqa bildirib ki, Pinski 2001-ci ildə Alekseyenkovun himayəsi ilə Primorye diyarının Qanunvericilik Məclisinə namizəd olub və seçki kampaniyasına Alekseyenkov maliyyə və təşkilati dəstək göstərib.

Şahid ifadəsində Pinskinin sonradan Primorye Həmkarlar İttifaqları Federasiyasında yüksəlişi ilə bağlı da diqqətçəkən iddialar yer alır.

Aksyonovun sözlərinə görə, həmkarlar ittifaqlarına məxsus bəzi əmlaklar əvvəlcə aşağı qiymətə icarəyə verilib, daha sonra zərər gətirdiyi əsas gətirilərək Alekseyenkovla əlaqəli şirkətlərə real dəyərindən xeyli aşağı qiymətə satılıb. İddia olunur ki, bu sxem vasitəsilə idman kompleksləri, istirahət bazası və ən azı 12 hektar torpaq sahəsi daxil olmaqla bir sıra aktivlər Alekseyenkov və Pinski ilə əlaqəli strukturların nəzarətinə keçib.

Aksyonov daha ciddi bir iddia da irəli sürüb: onun sözlərinə görə, Pinski “Alekseyevskiye” qruplaşmasının iqtisadi və hüquqi məsələlərinə cavabdeh olub. Şahid Alekseyenkovun daha sonra Pinskinin Dövlət Dumasına seçilməsinə də yardım etdiyini bildirib.

Materiallarda Alekseyenkovun rəhbərlik etdiyi iddia olunan qruplaşmanın 2000-ci illərin əvvəllərində Vladivostokdakı başqa kriminal qruplaşma ilə qanlı qarşıdurmasına da toxunulur. İstintaq materiallarında partlayışlar, qətllər və sifarişli qətl cəhdləri barədə məlumatlar yer alır.

Viktor Alekseyenkov hazırda Taylandda saxlanılır və onun Rusiyaya ekstradisiyası məsələsinə baxılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR