Onlayn ictimai-siyasi qəzet
Rusiyada korrupsiya qalmaqalları ilə gündəmdən düşməyən Müdafiə Nazirliyi ətrafında yeni rezonanslı iş başlayıb.
Musavat.com xəbər verir ki, Rusiya Baş Prokurorluğu keçmiş müdafiə nazirinin birinci müavini Ruslan Tsalikov-a qarşı məhkəmə iddiası qaldıraraq ondan 5,5 milyard rubl dəyərində əmlakın dövlətə keçirilməsini tələb edib.
Kommersant yazır ki, prokurorluğun qənaətinə görə, Tsalikov və ailəsinə aid aktivlər onların rəsmi gəlirlərini “dəfələrlə üstələyir” və həmin vəsaitlərin qanunsuz mənbələrdən əldə olunması ehtimalı var.
Söhbət daşınmaz əmlaklardan, torpaq sahələrindən, iri maliyyə vəsaitlərindən, biznes aktivlərindən gedir.
İddiada xüsusilə Müdafiə Nazirliyinin dövlət sifarişlərində iştirak etmiş “Sandora” şirkətinin adı keçir.
Rusiya Baş Prokurorluğu hesab edir ki, əmlakların bir hissəsi qohumların, yaxın adamların, əlaqəli şirkətlərin adına rəsmiləşdirilib.
Tsalikov özü isə ittihamları qəbul etmir və aktivlərin bir hissəsi ilə əlaqəsinin olmadığını bildirir.
Məqalədə qeyd olunur ki, iddia Müdafiə Nazirliyində ordu üçün malların şişirdilmiş qiymətlərlə alınması və vəsaitlərin mənimsənilməsi ilə bağlı cinayət işi çərçivəsində qaldırılıb.
Tsalikovun keçmiş müdafiə naziri Sergey Şoyqu ilə çox yaxın olduğu qeyd olunur.
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ