İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Baş Qərargah rəisinin müavini HƏBS EDİLDİ - ŞOK DETALLAR

Moskvanın 235-ci Qarnizon Hərbi Məhkəməsi Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-leytenant Vadim Şamarini xüsusilə külli miqdarda rüşvət almaq ittihamı ilə həbs edib.

Bu barədə RBK-ya məhkəmənin mətbuat xidmətindən bildirilib.

Hələlik, ittihama onun münasibəti bəlli deyil.

Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, generalın evində axtarış aparılıb. Daha sonra o, dindirilmək üçün Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə aparılıb.

V.Şamarin Rusiya Silahlı Qüvvələrinin Baş Rabitə İdarəsinin rəisi vəzifəsini tutur. Bundan əvvəl qoşunlarda rabitəyə cavabdeh olan daha iki yüksək rütbəli general həbs edilmişdi.

2020-ci ildə V.Şamarinin idarə rəisi vəzifəsində sələfi general-polkovnik Xəlil Arslanov korrupsiya işi üzrə həbs edilib. O, 6.7 milyard rublu (74 milyon 300 min dollar) mənimsəməkdə ittiham olunub. Söhbət telekommunikasiya avadanlıqlarının şişirdilmiş qiymətlərlə tədarükündən gedirdi.

Uzun illərdir ki, hərbi ekspertlər müasir kommunikasiyaların çatışmazlığını Rusiya ordusunun əsas problemlərindən biri adlandırırlar. Qeyd olunur ki, bu, həm 2008-ci ildə Gürcüstanda hərbi münaqişə zamanı, həm də Rusiyanın Ukraynaya qarşı müharibəsi zamanı yüksək itkilərə səbəb olub.(Azadlıq Radiosu)

***

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-leytenant Vadim Şamarin saxlanılıb.

Musavat.com RİA NOVOSTİ saytına istinadən əlavə edir ki, Rusiya Silahlı Qüvvələrinin Baş Rabitə İdarəsinin rəisi, Baş Qərargah rəisinin müavini, general Şamarin xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilinərək məhkəmə tərəfindən həbs edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR