Onlayn ictimai-siyasi qəzet
Ukrayna Silahlı Qüvvələri yeni “Dovbuş” pilotsuz uçuş aparatı (PUA) əldə edəcək.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu PUA 2000 kilometrdən çox məsafə qət edə və havada 24 saatdan artıq qala bilir.
Ukrayna Müdafiə Nazirliyi “Dovbuş” pilotsuz uçuş aparatını kodifikasiya edib. Məlumata görə, onun uçuş məsafəsi 2000 kilometrdən çoxdur və aparat bir sutkadan artıq havada qala bilər.
Bu göstəricilər PUA-nın Rusiyanın Ural bölgəsi və Qərbi Sibir ərazisində yerləşən obyektlərə qədər çatmasına imkan verə bilər.
“Dovbuş”un texniki imkanları ilə bağlı yayılan məlumatlar Ukraynanın uzaqmənzilli pilotsuz sistemlərinin inkişaf etdiyini göstərir.
Qeyd edək ki, PUA-nın real döyüş imkanları və istifadə olunduğu istiqamətlər barədə əlavə məlumat açıqlanmayıb.
Musavat.com
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ