Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Kursk vilayətində M-2 “Krım” federal avtomobil yolunun bir hissəsində sürət pozuntularını qeydə alan stasionar kameraların müvəqqəti söndürülməsi qərara alınıb.
Musavat.com xəbər verir ki, Kursk Vilayət Dumasının deputatı Aleksey Zolotaryov operativ qərargahın bununla bağlı onun təklifini dəstəklədiyini bildirib.
Söhbət Medvenski rayonundan Belqorod vilayəti ilə sərhədə qədər uzanan yol hissəsindən gedir.
Deputatın sözlərinə görə, məsələ Oboyan rayonunun sakinləri ilə görüş zamanı qaldırılıb. O bildirib ki, həmin ərazilərdə əvvəllər Ukrayna dronları uçduğundan sürücülər təhlükəli hesab etdikləri yol hissələrini mümkün qədər tez keçməyə çalışırlar. Bu isə sürət həddinin aşılmasına və nəticədə cərimələrə səbəb ola bilər.
Bu səbəbdən sürət kameralarının müvəqqəti söndürülməsi qərara alınıb. Zolotaryov hesab edir ki, belə bir addım mövcud şəraitdə yol hərəkətini daha təhlükəsiz edəcək.
Musavat.com
21 Avqust 2026
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ