İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın SOCAR-ı iki dəfə ardıcıl bombaladığı o dəhşətli saniyələr- VİDEO

Ukraynada Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqdoldurma məntəqəsinə Rusiyanın endirdiyi ikiqat dron zərbəsinin tükürpədici və dəhşətli görüntüləri ortaya çıxıb.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə və Ukrayna mediasında sürətlə yayılan videoda kamikadze dronlarının strateji obyekti necə  hədəf aldığı anbaan əks olunub. Odessa-Nikolayev magistral yolu üzərindəki Neçayane kəndində çəkilən görüntülərdə ətrafa yayılan alov və tüstü dumanı müşahidə olunur.

 Birinci "Shahed" dronunun saat 19:16-da məntəqəyə çırpılmasından sonra ərazidə böyük partlayış baş verir və yanğın başlayır. Cəmi 17 dəqiqə sonra, yəni saat 19:33-də, hələ birinci zərbənin şoku keçməmiş və əraziyə yardıma gələnlərin olduğu kritik bir vaxtda ikinci kamikadze dronu göydən şığıyaraq eyni nöqtəni ikinci dəfə alt-üst edir. Hadisə şahidlərinin mobil telefonları və ətrafdakı müşahidə kameraları tərəfindən qeydə alınan bu dəhşətli görüntülərdən birini təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR