İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sabah"ın Çempionlar Liqasındakı rəqibində ayrılıq - FOTO

UEFA Çempionlar Liqasının Liqa mərhələsində təmsilçimiz "Sabah"la üz-üzə gələcək Norveçin "Vikinq" klubu heyətində dəyişiklik edib.

"Vikinq"in futbolçusu Ola Visted başqa kluba icarəyə göndərilib.

Əldə olunan razılaşmaya əsasən, 21 yaşlı gənc yarımmüdafiəçi cari mövsümün sonunadək Norveçin digər komandası olan KFUM-un formasını geyinəcək. Onun müqavilə müddəti 2029-cu ilin sonunadək qüvvədə qalacaq.

Xatırladaq ki, futbol azarkeşlərinin maraqla gözlədiyi "Vikinq" - "Sabah" qarşılaşması noyabrın 4-də baş tutacaq. (Oxu.Az)

Sabahın Çempionlar Liqasındakı rəqibində ayrılıq - FOTO

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR