Onlayn ictimai-siyasi qəzet
Quba rayon İcra Hakimiyyəti başçısı İlqar Mahmudov rayonun Xucbala İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini Rauf Adil oğlu Şıxməmmədovu vəzifəsindən azad edib.
Rauf Şıxməmmədov sosial şəbəkədə təhqiramiz fikirlər yazdığına görə postunu itirib.
Belə ki, icra nümayəndəsi sosial şəbəkələrdə Qubanın qədim yaşayış məntəqələrindən olan Buduq kəndi və buduqlular barədə təhqiramiz ifadələr işlədib./bizim.media
14 Oktyabr 2026
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ