Onlayn ictimai-siyasi qəzet
Rusiyanın hazırda kütləvi səfərbərlik keçirmək planı yoxdur və buna ehtiyac duyulmur.
Musavat.com xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Nyu-Yorkda ukraynalı jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Rusiyadakı səfərbərliklə bağlı narahat olmayın. Rəsmi şəkildə dəfələrlə bəyan edilib ki, hazırda bizə kütləvi səfərbərlik lazım deyil, mənim bildiyim qədərilə bu, planlaşdırılmır və gözlənilmir. Lakin görün nə baş verəcək: seçimdən (Dövlət Dumasındakı) sonra baxarıq – kimin haqlı, kimin haqsız olduğu ortaya çıxacaq", – deyə rusiyalı diplomat bildirib. O həmçinin rusiyalı kişilərin ölkədən kütləvi şəkildə qaçması ilə bağlı yayılan xəbərləri tamamilə təkzib edib.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dövlət Dumasına keçiriləcək parlament seçkilərindən dərhal sonra yeni kütləvi səfərbərlik dalğasına başlayacağını iddia etmişdi.
Musavat.com
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ