İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid anası böyrəyini qızına verdi 

44 günlük Vətən müharibəsində oğlunu şəhid verən ana xroniki xəstəlikdən əziyyət çəkən qızı üçün donor olub.

Musavat.com xəbər verir ki, bu barədə həkim-cərrah Eldar Əhmədov sosial şəbəkə hesabında məlumat paylaşıb.

Həkimin sözlərinə görə, əməliyyat Yeni Klinikada baş tutub.

Gülşən xanım xroniki böyrək çatışmazlığından əziyyət çəkən qızına böyrəyini bağışlayaraq ona ikinci həyat bəxş edib.

Üç gün əvvəl həyata keçirilən böyrək transplantasiyası əməliyyatının uğurla başa çatdığını bildirən cərrah qeyd edib ki, həm ananın, həm də qızının vəziyyəti yaxşıdır, müalicələri davam edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyul 2026

24 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR