İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib.

Musavat.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva yaşadığı Goranboy rayonunun Faxralı kəndində xəstəlik səbəbindən dünyasını dəyişib. O, bu gün dəfn edilib.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü Kərim Yusifov MAXE kimi orduda xidmət edib. O, Vətən müharibəsinin ilk günündə Talış-Suqovuşan istiqamətində şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR