Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Ermənistan-Türkiyə sərhədinin açılacağını, habelə Azərbaycan və Türkiyə ilə dəmir yolu əlaqəsinin bərpa olunacağını gözlədiyini elan edib.
Musavat.com xəbər verir ki, baş nazir bu barədə İrəvanda keçirilən Ermənistan-Böyük Britaniya biznes forumunda çıxışı zamanı mühüm mesajlar verib.
"Yaxın vaxtlarda TRIPP layihəsinin inkişafına paralel olaraq Ermənistan-Türkiyə sərhədinin açılmasını, eyni zamanda Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə dəmir yolu xətlərinin işə düşməsini gözləyirik", - deyə Nikol Paşinyan vurğulayıb.
Hökumət başçısının sözlərinə görə, TRIPP layihəsinin icrası Fars körfəzindən Qara dənizə qədər uzanan strateji dəmir yolu dəhlizinin yaradılmasına da güclü təkan verəcək.
Paşinyan Qərb-Şərq avtomobil yolunun tikintisinin tam sürətlə davam etdirildiyini qeyd edib. Dəmir yolları ilə bərabər, Şərq-Qərb istiqamətində magistral avtomobil yollarının da açılması planlaşdırılır.
Bununla yanaşı, Ermənistan baş naziri regionda yeni neft və qaz kəmərlərinin, elektrik xətlərinin və qlobal kommunikasiya kabellərinin çəkilişinin də masada olduğunu bildirib.
Musavat.com
14 Oktyabr 2026
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ