İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Rusiyanın qorxduğu başına gəlir - ABŞ HƏRƏKƏTƏ KEÇİR

ABŞ dövlət katibi Entoni Blinken Kiyevə son səfərindən sonra prezident Co Baydenə Ukraynanın Rusiya ərazisinə amerikan silahları ilə zərbələr endirməsinə qoyulan qadağanı qaldırmağı təklif edəcək.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Qəzetin məlumatına əsasən, hazırda ABŞ administrasiyası daxilində Ukraynanın birbaşa sərhəddə yerləşən raket buraxılış məntəqələrinə zərbə endirməsinə dair qadağanın ləğvi ilə bağlı fəal müzakirələr gedir. Amerikalı ekspertlərin fikrincə, Ukrayna sərhədlərinə yaxın olan bu silahlar Rusiya Silahlı Qüvvələrinin son uğurlarına ciddi töhfə verib. Blinken ABŞ prezidenti Co Baydenə bu məhdudiyyəti aradan qaldırmağı təklif etmək niyyətindədir.

Lakin bununla bərabər, Ukraynanın Rusiya neft emalı zavodlarına və digər infrastrukturlara hücumlarda ABŞ silahından istifadə etməsinə qoyulan qadağa qüvvədə qalacaq.

Qeyd olunur ki, təklif hələ yekunlaşdırılmayıb və Baydenin yaxın çevrəsindən neçə məmurun onu dəstəklədiyi məlum deyil.

NYT-nin iddiasına görə, Co Bayden adətən bu tip məsələlərlə bağlı ehtiyatlı davranır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

15 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR