Onlayn ictimai-siyasi qəzet
UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ” üçün son rəqib İngiltərənin nəhəngi “Liverpul” olacaq.
Musavat.com xəbər verir ki, Ağdam təmsilçisi Anfield stadionunda mötəbər turnirdə UEFA Çempionlar Liqasının Liqa mərhələsində sonuncu oyununa çıxacaq. Qarşılaşma İTV telekanalı vasitəsilə canlı yayımlanacaq.
Matç öncəsi hazırlıqlarını davam etdirən komandamız qarşılaşmanın keçiriləcəyi Anfield stadionunda məşqə çıxıb. Texniki heyət futbolçuların fiziki və taktiki durumuna xüsusi diqqət yetirib, oyun planı üzərində son toxunuşlar edilib.
Avropa futbolunun ən möhtəşəm arenalarından birində baş tutacaq bu görüş “Qarabağ” üçün həm prestij, həm də dəyərli təcrübə baxımından böyük əhəmiyyət daşıyır. Azarkeşlər komandamızın Anfilddə layiqli mübarizə aparacağına inanır.
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" matçı yanvarın 28-dən 29-na keçən gecə keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ