İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülhə gizli addım: Ukrayna və Rusiya arasında birbaşa təmaslar üzə çıxdı

Birləşmiş Ərəb Əmirliklərində aparılan diplomatik proseslərin pərdəarxası detalları üzə çıxıb.

Musavat.com xəbər verir ki, "Axios" nəşrinin məlumatına görə, ABŞ–Rusiya–Ukrayna üçtərəfli danışıqları ilə yanaşı, Ukrayna və Rusiya nümayəndə heyətləri arasında birbaşa ikitərəfli görüşlər də keçirilib.

BƏƏ hökumətinin rəsmi nümayəndəsinin açıqlamasında bildirilir ki, cümə və şənbə günləri baş tutan müzakirələr konstruktiv və pozitiv atmosferdə keçib. Görüşlər zamanı ABŞ tərəfindən irəli sürülmüş sülh çərçivəsinin hələ razılaşdırılmamış elementləri ətrafında fikir mübadiləsi aparılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR