Onlayn ictimai-siyasi qəzet
ABŞ kəşfiyyat xidmətləri Rusiya Prezidenti Vladimir Putinin NATO-nun şərq cinahına təsir göstərə biləcək təxribat xarakterli addımlara getməyə getdikcə daha çox meylli ola biləcəyi barədə xəbərdarlıq edib.
Musavat.com xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan amerikalı rəsmilər CBS News-a bildiriblər.
Məlumata görə, söhbət NATO-nun şərq cinahındakı ölkələrin ərazisinə yayıla biləcək hibrid əməliyyatlardan, kiberhücumlardan və digər təxribat xarakterli fəaliyyətlərdən gedir.
ABŞ rəsmilərinin məlumatına əsasən, bu cür əməliyyatların arxasında konkret olaraq kimin dayandığını sübut etmək çətin ola bilər. Bununla belə, söhbət genişmiqyaslı hərbi kampaniyadan deyil, daha məhdud və dolayı xarakter daşıyan addımlardan gedir.
Amerika kəşfiyyat xidmətləri xəbərdarlıq edir ki, Putin belə təxribat xarakterli əməliyyatlara icazə verməyə getdikcə daha çox meylli ola bilər.
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ