İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriya XİN başçısından sensasion açıqlama: "Mövcud variantları araşdırırıq"

Suriya Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış Məkkə Birgə Müdafiə Sazişinə qoşulmaq imkanlarını nəzərdən keçirir.

Musavat.com xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani bildirib.

"Biz başa düşürük ki, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə regionda son dərəcə mühüm ölkələrdir. Təbii ki, biz masada olan variantları diqqətlə öyrənirik", – deyə xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.

Bununla belə, diplomatiya rəhbəri Şamın hələ ki yekun mövqeyini müəyyənləşdirmədiyini diqqətə çatdırıb:

"Hazırda bu alyansa daxil olub-olmamaqla bağlı yekun qərarımız yoxdur". Ekspertlər hesab edirlər ki, Suriyanın bu üçtərəfli müdafiə paktına daxil olması Yaxın Şərqdəki hərbi-siyasi güclər nisbətini köklü şəkildə dəyişə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR