İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: ABŞ və İran sabah sülh sazişi İMZALAYACAQ - RƏSMƏN ELAN EDİLDİ

ABŞ və İran sabah sülh sazişini elektron formatda imzalayacaqlar.

Musavat.com xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mərasimə İslamabad ev sahibliyi edəcək.

Pakistanın Baş naziri Şahbaz Şərif də mövzu ilə bağlı paylaşım edərək, "Biz ABŞ və İran arasında sülh sazişinə heç vaxt olmadığı qədər yaxınıq", - deyə vurğulayıb.

Baş nazir prosesin detallarını da açıqlayıb: “Yekun razılaşmanın yaxın 24 saat ərzində baş tutacağı gözlənildiyi üçün Pakistan dərhal sülh müqaviləsinin elektron qaydada imzalanmasına hazırlaşır. Bunun ardınca isə növbəti həftə texniki səviyyədə danışıqlar aparılacaq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR