Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları keçmiş prezident Robert Köçəryanın oğlu, deputat Levon Köçəryanın evinə gəliblər.
Musavat.com xəbər verir ki, bu barədə müxalif "Ermənistan" fraksiyasının deputatı Mesrop Manukyan məlumat verib.
Manukyan hadisənin yerli vaxtla səhər saat 07:00-da baş verdiyini bildirib.
Ermənistanın Antikorrupsiya Komitəsi Köçəryanın oğlunun evində axtarış aparılması barədə məlumatı təsdiqləyib.
"Ermənistan Respublikasının Antikorrupsiya Komitəsi tərəfindən korrupsiya cinayətləri ilə bağlı aparılan cinayət işi çərçivəsində onlarla ünvanda axtarışlar və digər prosessual hərəkətlər həyata keçirilir", - deyə Antikorrupsiya Komitəsinin mətbuat katibi Marina Ohancanyan bildirib.
Bundan əlavə, "Ermənistan" fraksiyasının rəhbəri Anna Qriqoryan "Azatutyun" nəşrinə Robert Köçəryanın Milli Təhlükəsizlik Xidmətinə aparıldığını bildirib. Başqa təfərrüatlar hələlik bəlli deyil.
Qeyd edək ki, bir gün əvvəl parlamentdə Köçəryanla baş nazir Nikol Paşinyan arasında şifahi mübahisə baş verib.
Köçəryan Paşinyanı "əclaf və xain" adlandırıb, Ermənistanın baş naziri isə deputatın bütün əmlakını müsadirə edəcəyinə söz verib və onu övladlarına və nəvələrinə ötürə bilməyəcəyini bildirib.
Musavat.com
26 Avqust 2026
25 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ