İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! İrana yeni HÜCUM başladı, Netanyahudan ŞOK açıqlama - Nəsib Nəsibli ilə CANLI

İsrail Müdafiə Qüvvələri (ÇAXAL) Tehrana daha bir hava hücumu edib. ÇAXAL məlumat yayıb. Məlumata görə, zərbələr İranın infrastruktur obyektlərinə endirilib. İran mediası zərbələrdən sonra paytaxtda elektrik kəsintiləri barədə məlumat yayıb. İran ABŞ Prezidenti Donald Trampa iki dəfə sui-qəsd cəhdi edib. Bunu İsrailin Baş naziri Benyamin Netanyahu “Nyusmaks”a verdiyi müsahibədə deyib.

“Müharibədən əvvəl baş verənləri xatırlayırsınızsa, İran Yaxın Şərqdə və dünyada əsas xuliqan idi. O, Qərb yarımkürəsi də daxil olmaqla bir çox qitədə, o cümlədən Venesuelada və digər ölkələrdə dövlət terrorizminin əsas sponsoru idi”, - o bildirib.
Netanyahu İranın ABŞ səfirliklərini bombaladığına da diqqət çəkib: “İran iki dəfə Prezident Donald Trampa sui-qəsd cəhdi edib və bunu hələ də etmək istəyir”.

TVMusavat-ın bu gün saat 11:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu professor Nəsib Nəsibli ilə İran gündəmini müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR