İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehran ayaqdadır: Milyonlar Əli Xamenei ilə vidalaşır-Video

Hal-hazırda İranda Əli Xameneinin dəfn mərasimi keçirilir, Tehranda milyonlarla insanın iştirakı ilə izdiham yaşanır.

Musavat.com xəbər verir ki, Tehrandakı Böyük Müsəlla məscid-kompleksində İranın keçmiş Ali Dini Lideri Əli Xamenei ilə vida mərasimi davam edir. İranın müxtəlif bölgələrindən paytaxta axışan insanların iştirakı ilə küçələrdə böyük izdiham yaranıb, dövlət qurumları geniş təhlükəsizlik tədbirləri həyata keçirir.

Dəfn mərasiminin bir neçə gün davam edəcəyi, daha sonra isə mərasimlərin Qum, Nəcəf və Kərbəla şəhərlərində davam etdiriləcəyi, yekunda Xameneinin Məşhəd şəhərində dəfn olunacağı bildirilir.

Beynəlxalq media və İran rəsmilərinin məlumatına görə, dəfn mərasimlərində ümumilikdə milyonlarla insanın iştirak edəcəyi gözlənilir. Tehranın mərkəzində əsas küçələr bağlanıb, dövlət idarələrinin bir hissəsinin fəaliyyəti məhdudlaşdırılıb. Mərasim İran rəhbərliyi tərəfindən ölkənin son illərin ən böyük dövlət tədbirlərindən biri kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyul 2026

11 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR