Onlayn ictimai-siyasi qəzet
Bakıda yeni kanat yolları tikiləcək. Prezident İlham Əliyev “Bakı Metropoliteni” ilə bağlı fərmana dəyişiklik edib. Yeni qərara əsasən, Metropolitenin fəaliyyəti təkcə metro ilə məhdudlaşmayacaq. Qurum sərnişin kanat yolları ilə bağlı xidmətlərin təşkilində də iştirak edəcək.
Burada məqsəd sərnişindaşıma xidmətlərini daha keyfiyyətli və təhlükəsiz etmək, ödəniş sistemlərində rəqəmsal və innovativ həllər tətbiq etməkdir.
Eyni zamanda, kanat yollarının layihələndirilməsi və tikintisi, maddi-texniki bazanın yenilənməsi və bütün bu xidmətlərin vahid mərkəzdən idarə olunması nəzərdə tutulur.
Bəs Bakıda kanat yollarına nə qədər ehtiyac var?
Məsələ ilə bağlı TV Musavat-ın əməkdaşları Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ