Onlayn ictimai-siyasi qəzet
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Astanada keçirilən Regional Ekoloji Sammitdə çıxışı zamanı Xəzər dənizinin qorunması üçün beynəlxalq səylərin gücləndirilməsinə çağırıb.
Musavat.com xəbər verir ki, dövlət başçısı Xəzərin mühafizəsinin regionun ekoloji balansı, biomüxtəlifliyi və davamlılığı üçün həlledici əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Qazaxıstan mediasının məlumatına görə, Tokayev ölkəsinin Xəzər dənizinin deqradasiyasının qarşısının alınması üzrə dövlətlərarası proqramın təşəbbüskarı olduğunu və bu məqsədlə Xəzər Dənizi Elmi-Tədqiqat İnstitutunun yaradıldığını diqqətə çatdırıb.
O, beynəlxalq birliyi bu təşəbbüsləri dəstəkləməyə çağırıb.
“Biz bu unikal təbiət irsini qorumalıyıq. Xəzər dənizinin akvatoriyasında hər hansı hərbi məqsədli istifadə istisna edilməlidir”, - deyə Qazaxıstan lideri bəyan edib.
Prezident əlavə edib ki, ekoloji sahədə əməkdaşlıq etimad, tərəfdaşlıq və ortaq məsuliyyət prinsipləri üzərində qurulmalıdır.
Musavat.com
09 Iyun 2026
01:51 Paşinyanın böyük qələbəsi, yoxsa gizli məğlubiyyəti? – Ermənistan seçkilərinin bütün şifrələri
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ