Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp yaxın saatlarda ABŞ Hərbi Hava Qüvvələrinin komandanı ilə mühüm görüş keçirəcək.
Musavat.com xəbər verir ki, Axios-un yaydığı məlumata görə, dövlət başçısı Floridada planlaşdırdığı həftəsonu proqramını ləğv edib və Ağ Evdə — Oval kabinetdə qalmaq qərarı verib.
Administrasiya konkret əməliyyat qərarlarının qəbul edildiyini təsdiqləməsə də, son günlər intensiv hərbi brifinqlərin keçirildiyi və milli təhlükəsizlik məsələlərinin əsas gündəmə çevrildiyi vurğulanır.
Amerika mediası qeyd edir ki, prezidentin qrafikində belə dəyişikliklər daha əvvəl də müdafiə və xarici siyasətlə bağlı kritik qərarlar ərəfəsində baş verib.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ