İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp əmindir ki, məhkəmə jurnalistlərin iddiasını təmin edəcək

Məhkəmə CNN, Politico və MS Now jurnalistlərinin Ağ Evdən çıxarılmasına dair qərarı ləğv etsə, Donald Tramp administrasiyası qərardan apelyasiya verəcək.

Musavat.com xəbər verir ki, məlumatı Tramp özünə məxsus Truth Social hesabında açıplayıb:

"Gözlənildiyi kimi, CNN, Politico və MS Now-dakı saxta xəbər istehsalçıları Ağ Evə və sizin prezidentinizə - mənə - girişi bərpa etmək üçün məhkəmə iddiası qaldırıblar. Onlara rəğbət bəsləyən hakim işə baxacaq".

Tramp Kolumbiya dairəsinin hakimi Tim Kellini nəzərdə tutduğunu aydınlaşdırıb. Amerika media orqanları xatırladır ki, Kelli ilk müddətində Trampın özü tərəfindən bu vəzifəyə təyin olunmasına baxmayaraq, bir neçə il əvvəl onun tərəfini saxlamayıb və ABŞ administrasiyasının CNN jurnalisti Cim Akostanın etimadnaməsini ləğv etmək qərarını ləğv edib:

"Beləliklə, sadə dillə desək, biz, həmişəki kimi, məhkəmənin qərarından apelyasiya şikayəti verməli olacağıq".

O, Ağ Evdən kənarlaşdırdığı media orqanlarının qeyri-dəqiq məlumatlar dərc etdiyinə və milli təhlükəsizliyə təhdid yaratdığına inandığını bir daha təkrarlayıb: "Saxta xəbər yazarları yalnız mənfi məqamlara diqqət yetirirlər; onlar mövcud olmayan "mənbələrə" istinad edərək yalanlar dərc etməklə milli təhlükəsizliyi təhdid edirlər. Ağ Evə hörmət və ləyaqətlə yanaşmaq lazımdır. Bunun əvəzinə, bütün nəşrlərində qəsdən nailiyyətlərimizi dəyərsizləşdirməyə və faktları təhrif etməyə çalışan üçüncü dərəcəli təlxəkləri görürük".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR