İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Ukraynanı satdı? Müharibənin sonu görünür? – Bakı sakinlərindən CAVABLAR

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında enerji obyektlərinə zərbələrin dayandırılması ilə bağlı razılıq əldə olunduğunu elan edib.

Tramp bu barədə özünün “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.

“Bu andan etibarən Rusiya ilə Ukrayna arasındakı müharibədə enerji atəşkəsi qüvvəyə minir. Hər iki tərəf razılaşdı. Onu pozmayın!”, – deyə ABŞ lideri yazıb.
Trampın bu açıqlamasından az əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın 60 günlük atəşkəsə razılıq verəcəyi təqdirdə ölkədə yeni prezident seçkilərinin keçirilməsinə hazır olduğunu bildirib.

Bəs bununla Rusiya-Ukrayna müharibəsinin sonu yaxınlaşırmı?

Donald Tramp Ukraynanı satdı? ABŞ-ın mövqeyi Ukraynaya xəyanət kimi qiymətləndirilə bilərmi?

Belə bir razılaşma əldə olunarsa, bu, Rusiyanın mövqelərinin güclənməsi deməkdirmi? Bu, Azərbaycana necə təsir edəcək?

TV Musavat-ın əməkdaşları bu suallarla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.

Hazırladığımız videosorğunu təqdim edirik:


Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR