İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın sol əli niyə müəmmalı şəkildə göyərir?- Açıqlama

ABŞ prezidenti Donald Tramp sol əlində müşahidə olunan göyərmə ilə bağlı yayılan suallara münasibət bildirib.

Musavat.com xəbər verir ki, Tramp bunun təsadüfən masaya dəyərək aldığı zərbə nəticəsində yarandığını deyib.

Onun sözlərinə görə, hazırda kremdən istifadə edir və göyərmənin əmələ gəlməsi qəbul etdiyi aspirinlə də əlaqəli ola bilər. Tramp aspirini profilaktik məqsədlə qəbul etdiyini vurğulayıb.

ABŞ prezidenti eyni zamanda qeyd edib ki, həkimi onun ümumi sağlamlıq vəziyyətini “əla” kimi qiymətləndirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR