İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə boğazları açdı: Gəmilərin gedişi bərpa olundu

Musavat.com xəbər verir ki, Türkiyə təhlükəsizlik riskləri səbəbindən yaranan bir neçə günlük ləngimədən sonra ticarət gəmilərinin boğazlar vasitəsilə Qara dənizə keçidinə yenidən icazə verib.

Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Qeyd olunub ki, xüsusilə "Aegean Dream" tankeri və "Mehmet Kahveci A" konteyner gəmisi Novorossiyskə doğru istiqamət alıb.

Məlumata görə, keçiddəki ləngimələr mülki gəmilərə hücumların intensivləşməsi fonunda baş verib.

Yaranmış vəziyyətlə əlaqədar Ankara Ukrayna və Rusiyanı Qara dənizdə mülki donanmaya endirilən zərbələri müvəqqəti olaraq məhdudlaşdırmağa çağırıb. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR