İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə futbolunda ŞOK HƏBS: Məşhur hakim matç bitən kimi saxlanıldı

Türkiyədə Mərkəzi Hakim Komitəsinə (MHK) qarşı aparılan təhqiqat çərçivəsində Süper Liqa hakimi Yasin Kol və köməkçi hakim Göktuğ Hazar Erel saxlanılıb.

Musavat.com xəbər verir ki, əməliyyat İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq tədbirləri çərçivəsində həyata keçirilib. Məlumata görə, hər iki hakim "Trabzonspor" ilə İrlandiyanın "Droqeda Yunayted" klubu arasında keçirilən yoldaşlıq matçından dərhal sonra Trabzonda nəzarətə götürülüb. 

Məlumata görə, həmin şəxslər qanunsuz mərc oyunlarının təşkili, sənəd saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR