İnsanlara hürriyət, millətlərə istiqlal!

"Türkiyə gözəli" və məşhur reper də saxlanıldı

Türkiyədə məşhur şəxslər arasında narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə bağlı əməliyyatlar davam edir.

Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, əməliyyatlar çərçivəsində 2 tanınmış şəxs də saxlanılıb.

Onlar "Türkiyə gözəli 2016"nın qalibi, tanınmış model Buse İskenderoğlu və məşhur reper Ege Karataşlıdır. Məlumata görə, hazırda onların İstanbul polis şöbəsində ifadəsi alınır.

Əvvəllər iş adamları, sosial media fenomenləri və digər məşhur simalarla bağlı da oxşar araşdırmalar aparıldığı və müxtəlif nüfuzlu şəxslərin narkotiklərlə bağlı istintaqa cəlb edildiyi xəbər verilib.

İstintaqın gedişatı, ittihamların mahiyyəti və mümkün hüquqi nəticələr barədə rəsmi məlumatlar açıqlanmayıb.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR