İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin 2 000 km-lik raket proqramı - Nazir DETALLARI AÇIQLADI

Türkiyə 2 000 kilometrədək uçuş məsafəsinə malik raket proqramı üzərində işləyir.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır "Kanal 7"nin efirində deyib.

Турция работает над ракетной программой

Nazirin sözlərinə görə, hazırda Tayfun raketinin yeni versiyaları hazırlanır, yüksək dəqiqlikli, uzunmənzilli “hava-yer” tipli “Seyir” raketi isə hava hücumundan müdafiə sistemləri üçün ciddi çətinliklər yaradır.

Kaçır vurğulayıb ki, digər türk raketləri də hava hücumundan müdafiə sistemləri üçün asan hədəf deyil.

O, həmçinin qeyd edib ki, 2026-cı ildə Türkiyənin raket proqramında əhəmiyyətli irəliləyiş gözlənilir.

“Türkiyənin heç bir dövlətə qarşı ərazi iddiaları yoxdur. Lakin öz hərbi potensialımızı gücləndirməliyik ki, heç kəs torpaqlarımıza göz dikmək istəməsin”, - deyə nazir əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR