İnsanlara hürriyət, millətlərə istiqlal!

Üç dəniz ölkəsi Avropa İttifaqının Rusiya ilə bağlı bu addımına qarşıdır

Avropa İttifaqının Rusiyaya qarşı 14-cü sanksiya paketinə daxil edilməsi nəzərdə tutulan xam neft daşıyan rus tankerlərinə qarşı sərt sanksiyalar Yunanıstan, Kipr və Malta tərəfindən etirazla qarşılanıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Financial Times” öz mənbələrinə istinadən yayıb.

Həmin ölkələrdə hesab edirlər ki, belə sanksiyalar gəmi operatorlarının fəaliyyətini davam etdirmək üçün “daha da qeyri-şəffaf addımlar” atmağa cəhd etmələrinə səbəb ola bilər. Yeni sanksiyaların əleyhdarları hesab edirlər ki, bu halda tankerlərdə qəza riski artacaq.

“Financial Times” xəbər verir ki, Aİ-nin 22 üzv dövlətinin daimi nümayəndələri 14-cü paketə daxil edilə biləcək məhdudiyyətləri müzakirə ediblər. Onların arasında Rusiyaya məxsus LNG-nin təkrar ixracına qadağa da daxildir. Qəzetin yazdığına görə, bu ideyaya heç bir əsaslı etiraz olmayıb, lakin belə bir potensial qadağanın əhatə dairəsi ətrafında müzakirələr gedir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR