Onlayn ictimai-siyasi qəzet
Ötən gecə Ukrayna Moskva və Sankt-Peterburqa dron hücumlarını bərpa edib.
Musavat.com xəbər verir ki, axşam saatlarından başlayan hücumlar hələ də davam edir. Moskva rəhbərliyi şəhərə hücum edən 25 dronun zərərsizləşdirildiyinə dair məlumat yayıb.
Rusiya prezidentinin iştirak etdiyi İqtisadi Forumun keçirildiyi Sankt-Peterburqda isə 55 dronun zərərsizləşdirildiyi bildirilir.
Bundan əlavə, Ukrayna zərbələri Ust-Labinskdə yerləşən böyük neft anbarında güclü yanğına səbəb olub.
Ukrayna həmçinin İşğal altında olan Mariupol limanına da zərbə endirib, orada da güclü partlayışlar qeydə alınıb.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ