Onlayn ictimai-siyasi qəzet
Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları Voloqod vilayətində yerləşən “Belozerskaya” elektrik yarımstansiyasına hücum edib.
Musavat.com xəbər verir ki, Vilayət administrasiyasının məlumatına görə, təhlükəsizlik xidmətləri zərər miqyasını dəqiqləşdirir, lakin hazırda regionda elektrik enerjisinin verilişində fasilə qeydə alınmayıb.
Hadisə nəticəsində yaralananların olub-olmadığı barədə məlumat açıqlanmayıb. Rusiya tərəfi PUA hücumunu havadan müdafiə sistemləri ilə dəf etməyə çalışdığını bildirir.
Voloqod vilayəti son aylarda Ukraynanın enerji və logistika hədəflərinə qarşı hücumlarının coğrafiyasına daxil olan yeni regionlardan biridir.
Musavat.com
30 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ