Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Xmelnitski vilayətində MiQ-29 qırıcı təyyarəsi qəzaya uğrayıb.
Musavat.com xəbər verir ki, bu barədə yerli teleqram kanalları məlumat yayıb. Məlumata görə, Şepetovka rayonu üzərində təyyarənin uçuşu müşahidə edildikdən dərhal sonra güclü partlayış səsi eşidilib.
Bununla yanaşı, vilayət administrasiyası daha əvvəl bölgədə hərbi təlimlərin keçiriləcəyi barədə xəbərdarlıq etmişdi. Bildirilmişdi ki, saat 11:00-dan 17:00-dək təlimlər səbəbindən yüksək səs-küy müşahidə oluna bilər.
İlkin məlumatlara əsasən, təyyarə Şepetovka və Polonnı rayonlarının sərhədində qəzaya uğrayıb.
Musavat.com
17 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ