İnsanlara hürriyət, millətlərə istiqlal!

“Uzak şehir”in bu ulduzundan Azərbaycan mahnısı – Şövkət Ələkbərovanı belə dinlədi - VİDEO

Türkiyənin məşhur serialı “Uzak şehir”də “Demir” obrazını canlandıran aktyor Ferit Kaya maraqlı paylaşımı ilə diqqət çəkib.

Musavat.com bildirir ki, aktyor avtomobil idarə edərkən Azərbaycanın görkəmli sənətkarı Şövkət Ələkbərovanın ifasında səslənən “Söz olmasaydı” mahnısını dinləyib.

Ferit Kaya həmin anları videoya çəkərək sosial media hesabında paylaşıb. Azərbaycanın klassik musiqi irsinin nümunələrindən birinin Türkiyənin tanınmış aktyoru tərəfindən dinlənilməsi izləyicilərin də diqqətindən yayınmayıb.

Paylaşım həm Türkiyə, həm də Azərbaycan sosial şəbəkə seqmentində maraqla qarşılanıb.

Xalidə,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR