Onlayn ictimai-siyasi qəzet
Ağ Ev Pakistanı İranla bağlı diplomatik prosesə cəlb etməyə çalışır.
Musavat.com xəbər verir ki, Financial Times nəşrinin yazdığına görə, Vaşinqton İslamabaddan İranda müvəqqəti atəşkəsin təmin olunması üçün vasitəçilik etməsini istəyib.
Məlumata görə, ABŞ administrasiyası bölgədə gərginliyin pik həddə çatdığı bir vaxtda Pakistanın İranla əlaqələrindən istifadə etməyə çalışır. Bu addımın məqsədi qısa müddətli olsa da, döyüşlərin dayandırılması və diplomatik kanalların açıq saxlanılmasıdır.
Qeyd olunur ki, Pakistanın bu prosesdə iştirakı təsadüfi deyil. İslamabadın həm Tehran, həm də Vaşinqtonla münasibətləri nəzərə alınaraq, onun mümkün vasitəçi rolunda çıxış etməsi üçün təzyiqlərin artırıldığı bildirilir.
Musavat.com
20 Iyul 2026
19 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ