İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaçatryan II Qaregini təhdid etdi: Getsən...

Ermənistanda Paşinyan iqtidarına qatı müxalif mövqeyi ilə bilinən, Eçmiədzin kilsəsinin aparat rəhbəri arxiyepiskop Arşak Xaçatryan katolikos II Qareginin istefa ehtimalına sərt şəkildə qarşı çıxıb.

Musavat.com-un xəbərinə görə, o bildirib ki, katolikosun getməsi “sadəcə getmək” olmayacaq və belə addım atılarsa, bu, artıq kənardan yönləndirilmiş prosesə boyun əymə kimi görünəcək.

Xaçatryanın sözlərində ən kəskin məqam məhz budur - o, Qaregini istefa verəcəyi təqdirdə bunu “fərarilik” kimi qiymətləndirib. Başqa sözlə, Xaçatryan faktiki olaraq katolikosa belə mesaj verir: getsən, bu, qaçış sayılacaq.

Xatırladaq ki, son aylarda Arşak Xaçatryan özü də kilsə daxilində qalmaqalın mərkəzində olub. İnternetdə yayılan və şəxsi həyatına dair əxlaq xarakterli materiallarla bağlı geniş müzakirələr yaşanıb, Xaçatryan isə həmin görüntülərlə əlaqəsi olmadığını bəyan edib.

Mövzu hələ də ictimai və kilsə gündəmindən tam çıxmayıb. Ermənistanın 10 yepiskopu onun istefasını tələb edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR