İnsanlara hürriyət, millətlərə istiqlal!

Xamneyi BUNA GÖRƏ oğlunun prezident olmasını istəmir - ŞOK

İran Prezidenti İbrahim Rəisinin bazar günü helikopter qəzası nəticəsində ölməsi 85 yaşlı dini lider ayətullah Əli Xamneyini kimin əvəzləyəcəyi ilə bağlı fərziyyələri artırıb.

Musavat.com xəbər verir ki, ABŞ-ın “New York Times” qəzetinin yazdığına görə, Rəisi dini liderin yerinə potensial namizəd kimi görünürdü, lakin onun ölümündən sonra bütün gözlər Xamneyinin oğluna çevrilib.

AFP xəbər agentliyi kartların Rəisinin ölümündən sonra İranda yenidən paylandığını iddia edərək, Xamneyinin 54 yaşlı oğlu Müctəba Xamneyi ilə bağlı məlumatları oxucuları ilə paylaşıb.

Agentlik iddia edir ki, Müctəba Xamneyi ictimaiyyətdə nadir hallarda görünən, lakin pərdə arxasında son dərəcə önəmli bir şəxsdir və ABŞ tərəfindən sanksiyaya məruz qalıb. AFP onu “kölgədə olan mərkəzi aktyor” kimi xarakterizə edib.

Müctəba Xamneyi kimdir?

iran-da-cumhurbaskanligi-icin-gu.jpg (64 KB)

1969-cu il təvəllüdlü Müctəba Xamneyi ictimai vəzifə tutmasa da, dövlətin müxtəlif səviyyələrində nüfuzlu şəxsdir. 1980-ci illərdə İran İnqilab Keşikçiləri Qvardiyasına (SEPAH) qoşulan və İraq-İran müharibəsində iştirak edən Müctəba şiə dünyasının mühüm mərkəzlərindən biri olan Qumda dini təhsil alıb və araşdırmalarda iştirak edib. O, İranın siyasi elitasının mühafizəkar qanadında öz mövqeyini gücləndirib. 

O, ruhani liderin ofisində nüfuz sahibidir, bununla belə, ictimaiyyət arasında nadir hallarda görünən Müctəbanın kütləvi dəstəyinin olmaması və ona qarşı çıxanların müqaviməti üzündən legitimlik problemi ilə üzləşə biləcəyi bildirilir. Çünki rəhbərliyin sülalə yolu ilə keçməsinə qayıtmasını istəmirlər. Əli Xamneyinin yaxın ətrafı da bildirir ki, yaşlı lider qohumbazlıqda ittiham olunmaq və vəzifəsini oğluna həvalə etmək istəmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR